Enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır
01.05.2023 [10:54]
Prezident İlham Əliyevin uğurla yürütdüyü xarici dövlət strategiyası nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rola malik olmaqla bərabər, həm də etibarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir. Azərbaycanın xarici siyasətində Balkan region ölkələri ilə, o cümlədən Bolqarıstanla əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Azərbaycan Prezidentinin aprelin 25-də Bolqarıstanın paytaxtı Sofiyaya gerçəkləşən işgüzar səfəri zamanı isə hər iki dövlətin başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı keçirilib. “Həmrəylik halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Artıq o da bəllidir ki, Azərbaycanın qaz nəql etdiyi Avropa ölkələrinin sayı ilin sonunda 10-a çatacaq. Anlaşma memorandumu icra olunduqdan sonra isə Avropada enerji təhlükəsizliyini birmənalı olaraq daha da gücləndirəcək və Azərbaycana daha çox Avropa ölkəsinə qaz ixrac etməyə fürsət yaradacaq.Məlum olduğu kimi, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.Bu sənəd əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Qeyd edək ki, bu gün təbii qaz ölkəmizin Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, Azərbaycan həm də xam nefti ixrac edən iri təchizatçı kimi özünü etibarlı tərəfdaş olaraq təsdiqləyib. Bu gün Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində intensiv çalışmalar aparılır. Bütün bunlar Azərbaycanın Avropada mövqelərinin daha da güclənməsinə gətirib çıxarır. Bu fonda Avropa enerji bazarında ölkəmiz həm də əsas söz sahiblərindən birinə çevrilir. Ölkə başçısının Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti, bu siyasət sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısı “Neft Strategiyası”nın hədəflərinə nail olunduğu artıq öz təsdiqini tapmışdır. Bu proseslər göstərir ki, enerji təhlükəsizliyinə yanaşmada Azərbaycan modeli daha rasionaldır. Bu, enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsidir. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balanslaşmanı seçməkdir. Məhz Azərbaycan Prezidentinin proqnozlaşdırılmış və dünyadakı çağırışları çevik nəzərə alan enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır. Bu baxımdan aprelin 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfəri ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verəcək.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

