Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gənc partiya fəallarının Tərtər rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

Gənc partiya fəallarının Tərtər rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

05.05.2023 [14:26]

2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə 05 may  2023-cü il tarixdə YAP Tərtər  rayon təşkilatı  tərəfindən gənc partiya fəallarının Tərtər rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiyada YAP Tərtər rayon  təşkilatının sədri Eldar Əsədov, idarə müəssisə və təşkilatların gənc partiya fəalları  iştirak ediblər.

 Tədbir iştirakçıları əvvəlcə  Tərtər rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra  ekskursiya iştirakçılarına   müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Gənclər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

 Sonda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov tərəfindən partiya sıralarına yeni qəbul olunmuş  bir qrup gəncə YAP  üzvlük vəsiqələri təqdim edilmişdir.

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31