/ / İkinci Dünya müharibəsinin veteranlarına qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur
İkinci Dünya müharibəsinin veteranlarına qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur
10.05.2023 [12:06]
Azərbaycan hərb tarixinin ən şərəfli səhifələrindən biri, II Dünya müharibəsi illərinə təsadüf edir. Faşizm üzərində qələbənin təmin olunmasında Azərbaycan neftinin misilsiz xidmətləri olmuşdursa, döyüşçülərimiz və sərkərdələrimiz tarixi hərbi ənənələri təkrar etmişlər.
Ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikası ilk illərdə bir sıra çətinliklərlə üzləşmiş, naşı və səriştəsiz adamların ucbatından ölkəni xaos və anarxiya bürümüşdü. Həmin illərdə hakimiyyətdə olan AXC-Müsavat funksionerləri əsl bolşevik sayağı mövqe tutaraq Azərbaycanda bütün dəyərlərin üstünə xətt çəkməyə çalışırdılar. Hətta cəmiyyətdə belə bir fikir formalaşdırırdılar ki, İkinci Dünya müharibəsinin iştirakçıları sovet quruluşunu müdafiə etmiş şəxslərdir, onlara heç bir qayğı göstərmək lazım deyil. Belə bir qərəzli yanaşma veteranların haqlı narazılığına səbəb olur, ölkənin gələcək taleyi onları ciddi narahat edirdi.
Yalnız 1993-cü ilin yayında—Azərbaycanın o çətin günlərində xalqının səsinə səs verərək, yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu və prinsipiallığı sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, haqq ədalət öz yerini tutdu. Azərbaycanın ahıl sakinlərinin, müharibənin və arxa cəbhənin iştirakçılarının da haqları özünə qaytarıldı. Ümummilli Liderin bilavasitə təşəbbüsü və yaxından köməyi ilə Azərbaycanda veteran hərəkatı geniş vüsət aldı, ön və arxa cəbhənin iştirakçılarına, eləcə də ahıllara dövlət qayğısı xeyli artırıldı. Təsadüfi deyil ki, Azərbaycanda veteran hərəkatının formalaşdırılmasına, veteranlara xüsusi diqqət və qayğı göstərən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın bütün ictimaiyyəti, bütün xalq bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən möhtərəm insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.
İkinci Dünya müharibəsində igidlik göstərən müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. “Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik... Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”,–deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını almışdır.
1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir və bugünkü gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Gənclərimizdə yüksək vətənpərvərlik ruhunu 2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində bütün dünya bir daha gördü.
Xalqımızın nümayəndələrinin 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlığı mətin və əzmli gənclərdən ibarət müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində bir daha təkrar etdi. Bu həm də nəsillər arasında varislik ənənələrinin davamı, milli ruhun, həmrəyliyin təntənəsi idi.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

