Pirallahıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edildi
10.05.2023 [18:03]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunmuşdur. Bu münasibətlə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı işlənib hazırlanmış və Plana uyğun olaraq müxtəlif elmi-praktik konfranslar, dəyirmi masalar, intellektual yarışlar, idman yarışları, ağacəkmə, qanvermə və humanitar aksiyalar keçirilmişdir. O cümlədən, may ayı ərzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pirallahı Tibb Mərkəzi” PHŞ-də könüllü qanvermə aksiyası, qəsəbənin girişində, körpünün yaxınlığında ağacəkmə aksiyası və onlarla qəsəbə sakinini sevindirən humanitar aksiya reallaşdırılmışdır. 10 may 2023-cü il tarixdə isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar konfrans və təntənəli konsert proqramı təşkil olunmuşdur.
Rayon Icra Hakimiyyətinin inzibati binasında baş tutan konfransda RİH başçısı Vasif İmanov, Milli Məclisin üzvü Rauf Əliyev, RİH başçısı yanında Şura üzvləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə-təşkilat rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak etdi. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı. Daha sonra RİH başçısı Vasif İmanov geniş nitqlə çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. V.İmanov çıxışında Ümummilli Lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründən bəhs edərək vurğuladı ki, Ulu öndər hakimiyyəti dövründə xalqda milli özünüdərk hissini gücləndirə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bildi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxdı, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcraya yönəldilməsinə səbəb oldu. RİH başçısı daha sonra 1993-cü ildə dahi şəxsiyyətin xalqın təkidi ilə hakimiyyətə qayıtması və doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək ölkəmizi xaos və anarxiyadan qurtardığını qeyd etdi. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıtması ilə bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Çıxışının sonunda V.İmanov qeyd etdi ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Tədbirin rəsmi hissəsinin sonunda Ümummilli lider, böyük azərbaycanlı Heydər Əliyevin mübarizələrlə, uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirin ikinci hissəsi Pirallahı qəsəbəsi, Gənclər Parkında baş tutdu. Park əlamətdar gün münasibətilə bayram əhval-ruhiyyəsində bəzədilmiş, Bayraq Meydanında, qəsəbənin inzibati binalarında, RİH və YAP Pirallahı rayon təşkilatının qarşısında, eləcə də yaşayış binalarının eyvanlarında Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılmışdı. 1200 nəfərin iştirak etdiyi təntənəli konsert proqramı RİH başçısının və rəsmi qonaqların parka gəlişi ilə start götürdü. İlk növbədə 200-ə yaxın rayon məktəblilərinin iştirakı ilə hazırlanmış, Ulu öndər Heydər Əliyevin imzası və 1∞ kompozisiyası əks olunmuş flaşmob nümayiş olundu. Hərbi orkestrin müşayiəti ilə baş tutan flaşmob rayon sakinləri tərəfindən böyük coşqu və həyəcanla qarşılandı. RİH başçısı və qonaqlar daha sonra “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ tərəfindən hazırlanmış sərgiyə baxış keçirdi.
Tədbirin açıq elan olunması üçün söz Vasif İmanova verildi. V.İmanov çıxış edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Bu isə o deməkdir ki, Heydər Əliyev siyasəti yaşayır, uğurla davam etdirilir. Daha sonra tədbir, rayonun ictimai həyatında daim fərqlənən, Ümummilli lider Heydər Əliyevlə görüşmüş Rayon Ağsaqqallar Şurasının üzvü Səməd Əhmədovun RİH başçısının Fəxri Fərmanı və qiymətli hədiyyə ilə təltif edilməsi ilə davam etdi. Səməd Əhmədov çıxış edərək bildirdi ki, Azərbaycan dövlətində ağsaqqallıq institutunun tarixi Ümummilli liderimiz Heydər Ə liyevin adı ilə bağlıdır. S.Əhmədov Ümummilli lider Heydər Əliyevin rayonumuza səfərlərindən də bəhs edərək onunla bağlı xatirələrindən söz açdı və qeyd etdi ki, dahi lider Neft Daşlarını Azərbaycan neftçilərinin əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidə adlandırmışdı.
Çıxışlardan sonra tədbir respublikanın tanınmış incəsənət nümayəndələrinin, o cümlədən, Respublikanın Əməkdar artisti Ağalar Bayramovun, əməkdar incəsənət xadimi Fəxriyə Xələfovanın, tanınmış müğənnilər Manaf Ağayev, Rəqsanə Əsədova və Nəfəs Məmmədlinin, “Buta rəqs ansamblı”nın unudulmaz çıxışları ilə davam etdi. Tədbirdə eyni zamanda rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət ocaqlarının çoxsaylı kompozisiyaları nümayiş olundu.
Günün sonunda RİH-nin təşkilatçılığı ilə möhtəşəm atəşfəşanlıq mərasimi baş tutdu. Rayon sakinləri səmanı al-əlvan rənglərə boyayan atəşfəşanlığa böyük maraq və heyranlıqla tamaşa etdi.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

