“Narkotiklərə yox de, bizimlə birlikdə ol!”
20.05.2023 [15:24]
Velosiped idman növü üzrə yürüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planına uyğun olaraq YAP Sumqayıt şəhər təşkilatının və “Gənc velosipedçilər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” devizi altında velosiped idman növü üzrə yürüş keçirilib.
Yürüşün keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Sumqayıt şəhər komissiyasının sədri Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, İkiqat Paralimpiya Oyunları çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, “Gənc velosepedçilər” İctimai Birliyinin sədri Nur Axundov və digərləri çıxış edərək narkomaniya ilə mübarizənin daim diqqət mərkəzində olduğunu söyləyiblər. Qeyd olunub ki, bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.
“Narkotiklərə yox de, bizimlə birlikdə ol!” velosiped idman növü üzrə keçirilən yürüşdə “Baku Riders”, “Only Moto”, “Baku trek”, "Sumqayıt" velo klublarının üzvləri, gənclər və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşları iştirak ediblər.
Sonda yürüş iştirakçılarına fəxri fərmanlarla yanaşı, sertifikatlar və "D'olivo" italyan restoranının, "Hello" İxtisaslaşdırma və İnkişaf Mərkəzinin hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

