Azərbaycan iqtisadiyyatı sabitdir və ölkəmizdə münbit investisiya mühiti mövcuddur
01.06.2023 [16:18]
Keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan Azərbaycanla Litva hər bir sahədə normal münasibətlərə malikdir və istər siyasi, istərsə də iqtisadi məsələlərdə bir-birini dəstəkləyirlər.
Müstəqillik əldə edildikdən sonra ölkələrimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və əməkdaşlığın bütün sferalarında dinamik inkişafa nail olunub. Ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb.
Bu baxımdan Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri çərçivəsində ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında imzalanan sazişlər, aparılan ikitərəfli müzakirələr, biznes forumunun təşkil edilməsi iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər vəd edir.
Mayın 22-də Vilnüsdə keçirilən ikinci Azərbaycan-Litva biznes forumunda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, ümumilikdə, 80-dək şirkət təmsil olunmuşdu. Biznes forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır”.
Litva hökuməti Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan, inkişaf edən iqtisadi güc kimi görür. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, “Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq”.
Biznes forumda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forum bu sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq.
Uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Litva Azərbaycanın Avropa tərəfdaşları sırasında mühüm yer tutur. Litva Azərbaycanda 26 layihənin seçimində iştirak edib, onlardan 17-də ölkəmizin iştirakı təmin olunub. Bu baxımdan Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litvaya rəsmi səfəri Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək, ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

