Ulu Öndər və Azərbaycan mədəniyəti
21.06.2023 [11:28]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət mərkəzində olduğu, onun çoxşaxəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm tərkib hissələrindən biri Azərbaycan mədəniyyəti, incəsənəti olmuşdur. Hələ Sovetlət dönəmindən bəstəkarlarımızın, memarlarımızın, rəssamlarımızın, şair və ədiblərimizin mənəvi inkişafı və tərəqqisi üçün Ulu öndər onlara böyük qayğı göstərmiş, problemlərinə həssaslıqla yanaşmışdır.
“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”deyən Ümummilli lider sözün əsl mənasında Azərbaycanla nəfəs alır, həyatını musiqidən, sənətdən kənarda hiss edə bilmirdi.
Ulu Öndər “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” - deyirdi və hesab edirdi ki, öz milli kimliyimizi, dinimizi və adət-ənənələrimizi yaşatmaq ən vacib, əhəmiyyətli məsələ olmalıdır.
Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirilməsi naminə məqsədyönlü addımlar atmış, Onun təşəbbüsü və dəstəyi ilə həm paytaxt Bakıda, həm də respublikamızın ayrı-ayrı rayon və bölgələrində əzəmətli abidələr ucaldılmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan şairi və mütəfəkkirləri Nizami Gəncəvi, Məhəmməd Füzuli , görkəmli yazıçı-publisist, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadə, mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından olan Cəfər Cabbarlı, görkəmli şair, dramaturq, Azərbaycan ədəbiyyatı tariхində orijinal ədəbi simalardan Hüseyn Cavid, dahi sənətkarlar Rəşid Behbudov, Müslüm Maqomayev, Niyazi, Qara Qarayev, Fikrət Əmirov və digər tarixi şəxşlərimiz haqqında söylədiyi fikirlər onun Azərbaycan mədəniyyətinə, incəsənətinə nə qədər dəyər verdiyini, eyni zamanda tarixi şəxslərimizin fəaliyyətlərini nə qədər yüksək qiymətləndirdiyini nümayiş etdirir. Eyni zamanda, onun səyləri nəticəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi, Ümummilli liderimizin öz xalqı qarşısında heç vaxt unudulmayacaq tarixi xidmətlərindəndir.
Ümummili Lider hər zaman deyirdi ki, Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş bu insanları hər birimiz dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.
“Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir”, deyən ulu öndər mədəniyyətimizin digər sahələri kimi təsviri incəsənətə də böyük qayğı göstərmiş bütün incəsənət adamlarının, o cümlədən Azərbaycan rəssamlarının da dostu olmuşdur.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15

