İnkişaf və tərəqqiyə aparan uğurlu siyasət
14.07.2023 [18:46]
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub.
Iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə çox mühüm məsələlərə toxunan cənab prezident ilin 6 ayının artıq arxada qaldığını bildirmişdir. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əldə olunan müsbət nəticələr, iqtisadi və sosial sahələrdə həyata keçirilən müsbət yönlü islahatlar Azərbaycanın bu dövrdə qazandığı mühüm nailiyyətlərin əsasını təşkil etməkdədir.
Ötən 6 ay ərzində Azərbaycanın maliyyə sferasında da yüksək səviyyədə yaxşılaşma müşahidə olunmuşdur. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verən əsas amillərdəndir. Bütün bu görülən tədbirlər nəticəsində Azərbaycanın bu ilki dövlət büdcəsi rekord həddə çataraq 33 milyard manatdan çox səviyyəyə qalxmışdır.
Bu gün Azərbaycanda dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır, makroiqtisadi sabitlik ölkə iqtisadiyyatına təsir edir və bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırılmasına səbəb olur.
Cənab prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nın ardıcıllıqla həyata keçirilməsi nəticəsində Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunmuş və bu ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərininin də əhalisinin öz doğma torpaqlarına qayıtması təmin olunacaqdır. Prezident İlham Əliyevin bildirdiyi kimi Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq beş yaşayış məntəqəsində - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulmuşdur.
Müşavirə zamanı Prezident İlham Əliyev Gədəbəy hadisələrinə də öz münasibətini bildirmişdir. Beləki, rayonda fəaliyyət göstərən xarici şirkətin səhlənkarlığı nəticəsində təbiətə ciddi ziyan vurulmuş və bu da təbii olaraq yerli əhalinin haqlı narazılığına səbəb olmuşdur. Yerli sakinlərin narazılıqlarından istifadə edən bəzi təxribatçı quruplar isə fitnəkar hərəkətlərə yol verərək qanunsuz hərəkətlərə, ədəbsizliyə yol veriblər. Dövlət orqanlarına, polislərimizə qarşı yol verilən bu cür qanunsuz hərəkətlər yolverilməzdir. İnsanlar öz haqlarını müdafiə etməlidir, ancaq bu cür şəkildə yox, polisə daş atmaqla, təhqiramiz ifadələr işlətmək yolu ilə deyil, sivil şəkildə öz haqlarını qorumalıdır.
Müşavirədə Prezident İlham Əliyev ekoloji problemlərə də toxunmuşdur.Ekoloji tarazlığın qorunması məsələsi dünya alimlərindən daha çox dünya siyasətçilərini, xüsusən, dövlət başçılarını narahat edir. Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması haqda müxtəlif diskussiyalar aparılır. İndi Yer kürəsinin bir qitəsində baş verən təbiət hadisəsi təkcə həmin qitə ölkələrinin yox, eyni zamanda bütün dünyanın problemi sayılmalıdır və onu aradan qaldırmağın yolları birgə axtarılmalıdır. Bu, heç də insanların təbiət hadisələrinin yarada biləcəyi fəsadları önləmək təşəbbüsü kimi yox, artıq çıxış yolunun qalmadığı kimi başa düşülməlidir. Hazırda Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi Espo Konvensiyasının tələblərinə ziddir. Azərbaycan həm rəsmi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ermənistanın məqsədi həmin zavodun tullantıları Araz çayına axıtmaqla Azərbaycana qarşı ekoloji terror törətməkdir. Çünki zəhərli tullantıları çaya axıtmaqla həm insanlarımızı, həm də digər canlıları zəhərləmiş olacaqlar. Buna görə də, beynəlxalq birlik Ermənistanın növbəti ekoloji terrorunun qarşısını almalıdır.
Böyük fəxr hissi ilə qeyd etməliyəm ki, bu gün Azərbaycan bütün dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Danılmaz həqiqətdir ki, hər gün müasirləşən, yeniləşən müstəqil dövlətimiz bundan sonra da möhtəşəm uğurlara imza atacaq. Azərbaycanın bütün sahələrində, iqtisadi və sosial sahələrdə uğurlar qazanacağıq. Cənab prezident özü də qeyd etdiyi kimi öz vədinə sadiq qalacaq və ölkəmiz daha da böyük zirvələr fəth edəcək.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

