Azərbaycanın diplomatik gücü
19.08.2023 [12:30]
16 avqust 2023-cü il tarixində Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə dair müzakiərələr də yer alıb. Erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı bu toplantıda Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran” məsələləri müzakirə edilib. Bu Qarabağda yaşayan erməni əhalisinin sanki aclıqdan ölmələri ilə bağlı məsələnin müzakirə olunması erməni şousunun kulminasiya nöqtəsi idi.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətinin xarici siyasət kansepsiyasını və onun strateji kursunu çox aydın şəkildə izah edərkən bizim əslində Dağlıq Qarabağ adlanan keçmiş problemin bu gün mövcud olmadığını vurğulayır və Qarabağda yaşayan ermənilərin, daha doğrusu hüquqi baxımından erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan dövlətinin Mərkəzi hakimiyyəti ilə münasibətini Azərbaycanın daxili siyasətinin tənzimləyəcəyini və bunun qətiyyən Azərbaycanın xarici siyasətinin müzakirə predmeti olmayacağını qeyd edir. Ermənilər isə konsepsial xətt olaraq bunun əleyhinə çıxırlar, çünki Qarabağın sırf Azərbaycanın daxili işi kimi qəbul olunması, artıq hüquqi baxımdan Ermənistana heç bir aidiyyəti olmayan bu bölgənin mənəvi-psixoloji baxımdan da Ermənistandan daha da uzaqlaşması və problemin Azərbaycanın daxili qanunvericiliyi bazasında həll olunması istiqamətində yön almasına gətirib çıxarır.Bunu Ermənistan özü üçün böyük bir təhlükə, erməni revanjistləri isə Qarabağın tamamilə itirilməsi kimi görürlər. Bu baxımdan ermənilərin məsələni beynəlmiləlləşdirmək cəhdi başa düşüləndir.
Müzakirələrdə Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvləri, BMT nümayəndələri, o cümlədən Türkiyə, Azərbaycan və Ermənistan təmsilçiləri çıxış ediblər. Qardaş Türkiyədən başqa, iclasda Azərbaycanın mövqeyini ən azından dinləməyə çağırış edən ölkələr arasında Albaniya və Braziliya nümayəndələrinin də olduğunu qeyd etmək lazımdır. Onlar BMT-dəki həmkarlarına Xankəndi-Ağdam yolunun açıq olduğunu bəyan edərək, Ermənistana eyham vurublar ki, əgər İrəvanın “humanitar tələbatı” varsa, Azərbaycanın təklif etdiyi yolu seçməlidir. Müzakirələrdə iştirak edən dövlətlərin əksəriyyətinin çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əlyev isə çıxış edərək Qarabağda yaşayan erməni əhalinin 'blokada"da olması, eləcə də aclıqla üzləşməsi barədə Ermənistanın əsassız iddialarını faktlarla alt-üst etdi. Yaşar Əliyev Ermənistanın bu məsələnin müzakirə olunması üçün BMT Təhlükəsizlik Şurasına müraciətinin yersiz olduğunu vurğulayıb və qeyd edib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.
Ermənistan illərdir yalanları ilə həqiqət üzərində qələbə çalacağına ümid etsə də daim fakt qarşısında aciz duruma düşmüşdür. Ermənistanla yanaşı, onun havadarları, xüsusən də Fransa bu müzakirələrdən istədiyini ala bilmədi.
Bu, Fransa ilə Ermənistanın artıq ikinci iflasıdır – ötən ilin dekabrında da məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılması cəhdi olmuşdu.
Budəfəki müzakirələr zamanı da ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edib və Ağdam-Bərdə yolundan istifadəni vacib sayıb, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını - reallıqları qəbul edib.
BMT Təhlükəsizlik Şurasında müzakirələr Ermənistan diplomatiyasının tam iflası ilə nəticələnərək bir daha Azərbaycanın diplomatik gücünü və Beynəlxalq hüququn, haqq və ədalətin Azərbaycan tərəfində olduğunu göstərdi.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

