Zəngilan: yenidən qurulan yurd yerimiz
05.10.2023 [15:58]
Erməni işğalından azad olunan şəhər və kəndlərimizdə iqtisadi fəaliyyət yenidən bərpa edilir, yeni istehsal müəssisələri qurulur və bununla da ölkənin ərzaq təhlükəsizliyi və iqtisadi inkişafı üçün baza formalaşdırılır. İlk növbədə isə azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşması üçün mühüm proqramlar reallaşdırılır. Artıq demək olar ki, Zəngilanın müxtəlif istiqamətlərində bu barədə fəal işlər gedir. Buna misal olaraq onu göstərmək kifayətdir ki, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Respublika rəhbərliyi səviyyəsində infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi isə icra edilməkdədir.
Zəngilanda əhalinin yenidən məskunlaşması üçün hər gün daha yeni layihələr reallaşdırılır. Sözsüz ki, əhalinin qayıdışı, yerləşməsi tam məskunlaşması üçün hər cür infrastrukturun yaradılması əsas şərtdir. Artıq 2025-ci ilə qədər Zəngilan şəhərinin ilk sakinləri doğma yurdlarına qayıdacaqlar.
Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalıdakı “ağıllı kənd” yeni məskunlaşma siyasətinin ən gözəl nümunəsi sayılmalıdır. Bu torpaqlara həyat yenidən qayıdıb.
Heç bir inkişaf etmiş şəhəri hava limanı olmadan təsəvvür etmək olmaz. Bildiyimiz kimi, Zəngilanı mühüm nəqliyyat qovşağı hesab olunur. Çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olaraq qiymətləndirilir. Bu hava limanının inşası həm də insanlar üçün asan çıxışı təmin edəcək. Ən əsas da gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki nəqliyyat infrastrukturu turizm üçün ən vacib məsələdir. Həm də nəzərə almalıyıq ki, bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan Azərbaycanın ən böyük sərvətlərə sahib olan bölgələrindən biridir. Deməli, yaxın illərdə biz doğma Zəngilanı dünyanın hər yerindən səyahət edəcək turist marşurutu kimi də görə biləcəyik.
Bu gün azad olunmuş ərazilərə qayıdan əhalinin məşğulluq məsələsi ən ümdə duran məsələdir. Təsadüfi deyildir ki, artıq bu bölgədə yeni iş yerləri yaradılır, məşğulluq üçün baza formalaşdırılır. Çünki buraya, doğma yurduna qayıdan insanlar işlə təmin edilməlidir. Əslində işğaldan azad olunan ərazilərə Böyük Qayıdış Proqramının əsas tərkib hissəsi də məşğulluqla bağlıdır. Çünki insan resurslarının və məşğulluq siyasətinin formalaşdırılması ən önəmli faktor sayılmalıdır.
Xüsusilə əsas məşğulluq sferası kənd təsərrüfatı olan bu bölgədə təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. İqtisadi potensialına görə tam əminliklə demək olar ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə olduqca mühüm töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, amma onların sayı 10 minə qədər çatdırılacaq.
Bundan başqa, Zəngilana qayıdan əhali üçün aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və sosial infrastrukturun inşası görüləcək işlər siyahısında başda gəlir. Təsadüfi deyil ki, Zəngilanda artıq böyük məktəb binası inşa edilir, bundan başqa Zəngilan məscidinin inşası başa çatmaq üzrədir. Bütün bu görülən işlərin əsas hədəfi isə Zəngilanda məskunlaşma və əhalinin məşğullu siyasətinin reallaşdırılmasıdır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

