Azərbaycan - Gürcüstan münasibətləri yeni mərhələdə
10.10.2023 [16:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfər etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olmuş, daha sonra dövlət başçıları Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı çıxış edərək iki ölkə və xalqları arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrindən, bu əlaqələrin gücləndirilməsi, möhkəmləndirilməsi üçün iki ölkə liderinin göstərdiyi səylərindən danışıb, həm enerji, həm nəqliyyat sahəsində çox böyük planların olduğunu bildirib, Ermənistan-Azərbaycan arasında gedən normallaşma prosesinə toxunub. Prezident İlham Əliyev həmçinin çıxışında ulu öndər Heydər Əliyev və Gürcüstan lideri Eduard Şevardnadzenin şəxsi dostluq münasibətlərindən bəhs edib, onların xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərdiyini, məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başladığını xatırladıb.
“Bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin” deyən ölkə başçısı qeyd edib ki, əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.
Prezident İlham Əliyev çıxışında, üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etdiyini bildirib. “İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq” deyən dövlət başçımız qeyd edib ki, əgər biz buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq.
Gələcək planlara toxunan ölkə başçısı həm enerji, həm nəqliyyat sahəsində çox böyük planlar olduğunu bildirib və qeyd edib ki, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanının genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Eyni zamanda cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcəyini bildirib. “Yaşıl enerji dəhlizi” layihəsindən də danışan dövlət başçısı bildirib ki, iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.
Beləliklə, Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasına işgüzar səfəri iki ölkə arasında mövcud olan münasibətlərin dərinləşməsinə təkan verməklə yanaşı, bütövlükdə Cənubi Qafqazın inkişafı üçün mühüm hadisə kimi yadda qaldı.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

