Azərbaycan öz istəyinə nail oldu
18.10.2023 [16:36]
Oktyabrın 15-də Qarabağa səfəri zamanı Prezident cənab İlham Əliyev əzəli torpaqlarımız olan Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə Dövlət Bayrağını ucaltdı. 15 oktyabr 2023-cü il təqvimi ölkəmiz üçün tarixi bir gün oldu.
Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaltdıqdan sonra Prezident cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
Ölkə başçısı müraciətində qeyd etdi ki, artıq dünyada Azərbaycanla hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
20 il əvvəl Prezident seçilərkən cənab İlham Əliyev xalqa müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ölkədə güclü iqtisadiyyat və güclü ordu yaradıldı. Məhz Azərbaycanın Zəfərini təmin edən əsas amillərə bunlar da daxildir. Azərbaycan iqtisadiyyatı son 20 ildə dörd dəfədən çox artmışdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordunun olması mütləqdir.
Xankəndidən xalqa müraciətində Prezident cənab İlham Əliyev vuğruladı ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Antiterror tədbirləri qaçılmaz idi.
Prezident cənab İlham Əliyev tarixə nəzər salaraq xatırlatdı ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkiliyin olmadığını bildirən ölkə başçısı 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin öz vəzifəsindən kənarlaşdırıldıqdan
iki həftə sonra Moskvada oturan erməni millətçisi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsinin qaldırıldığını xatırlatdı. Cəmi altı il Azərbaycanın Heydər Əliyevsiz qalması xalqımız üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Bütün çətinliklərə baxmayaraq artıq Bayrağımız Xankəndidə dalğalanır. Ermənistanın bütün revanşist qüvvələri də bu mövcud reallığı qəbul etməlidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38

