Azərbaycanın müasir tarixinin çox mühüm bir hissəsi YAP-ın fəaliyyəti ilə bağlıdır
21.02.2012 [00:22]
Fevralın 18-də Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının VIII konfransı keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfransı giriş nitqi ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev VII konfransdan ötən müddət ərzində görülən işlər haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın müasir tarixinin çox mühüm bir hissəsi YAP-ın fəaliyyəti ilə bağlıdır: “Partiyanın Azərbaycanda milli dövlətçilik ənənələrinin formalaşmasında, həmçinin, respublikamızda bir çox taleyüklü problemlərin aradan qaldırılmasında oynadığı həlledici rol, həm də, xalqımızın tarixinin şərəfli səhifələrindən birini təşkil edir”.
YAP İmişli rayon təşkilatının ötən müddət ərzindəki fəaliyyətinə toxunan rayon təşkilatının sədri deyib ki, hesabat dövrü ərzində ilk təşkilatların sayı 69-dan 96-ya çatıb: “1 fevral 2012-ci il tarixə YAP İmişli rayon təşkilatı 7002 nəfər üzvü özündə birləşdirən 96 ərazi təşkilatından ibarətdir. Partiya üzvlərindən 2325 nəfərini və ya 33, 2 faizini gənclər, 2416 nəfərini və ya 34,5 faizini isə qadınlar təşkil edirlər. Təşkilatın qeydiyyatında dayanan partiya üzvlərindən 3361 nəfəri və ya 48 faizi ali təhsilli, 1963 nəfəri və ya 28 faizi orta ixtisas təhsilli, 1560 nəfəri və ya 22 faizi isə orta təhsillidir. ötən konfransdan keçən müddət ərzində 26 yeni ərazi ilk partiya təşkilatı yaradılıb, Yeni Azərbaycan Partiyası sıralarına 4000 nəfərə yaxın üzv qəbul edilib”.
YAP İmişli rayon təşkilatının hesabat dövründəki siyasi fəaliyyətində gənclərin xüsusi çəkisinin artdığını söyləyən Səfa Ağayev əlavə edib ki, ötən konfransa qədər olan müddətdə partiyaya üzv olan gənclər ümumi üzvlərin 9 faizini təşkil edirdisə, hazırda bu rəqəm 33,2 faizə çatıb. Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının Gənclər Birliyi gənclərin siyasi fəallığının artırılması və onların ümummilli liderimiz, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyev ideyalarına yiyələnməsi, gənclərin asudə vaxtlarının təşkil edilməsi və idman yarışlarında iştirakının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirib. Həmçinin, hesabat dövründə partiyaya yeni qəbul olunanlar sırasında qadınların da sayı artıb. Əgər 2007-ci ilə qədər partiyaya üzv olan qadınlar ümumi sayın 6,5 faizini təşkil edirdisə, hazırda bu rəqəm 34,5 faizə çatıb.
Daha sonra hesabat ətrafında məruzələr dinlənilib və çıxış edənlər YAP İmişli rayon təşkilatı sədrinin hesabatını qənaətbəxş qiymətləndiriblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Yusif Hümbətov ötən 8 ildə ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb. O, bildirib ki, bu fakt İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olmasının göstəricisidir: “ötən 8 ildə Azərbaycan sürətlə inkişaf edib. İqtisadi potensial gücləndikcə əhalinin maddi rifahı da xeyli yaxşılaşıb. Hər bir məmur öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir ki, insanlarda narazılıq yaranmasın. Bu gün bütün ölkədə quruculuq işləri gedir. Məhz bu uğurların nəticəsində də Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənir”.
Yusif Hümbətov bildirib ki, ölkəmizin 20 illik müstəqillik tarixində YAP öz sözünü demiş siyasi təşkilatdır. Azərbaycanın qazandığı bütün uğurlarda YAP-ın imzasının olduğunu deyən İdarə Heyətinin üzvü vurğulayıb ki, qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr də çoxdur. O, deyib ki, partiyanın qarşısında duran birinci vəzifə partiyamızın qurucusu, müstəqil Azərbaycanın banisi, Ulu öndər Heydər Əliyevin irsinin yeni nəslə təbliğ olunmasıdır. Onun fikrincə, bu, çox ciddi bir vəzifədir: “Biz yeni nəslə Ulu öndərin irsini, fəaliyyətini, ideyalarını təbliğ etməliyik. Ulu öndərin irsini təbliğ etməklə, biz müstəqil dövlət quruculuğunda keçdiyimiz yolu gənc nəslə çatdırmaqla müstəqilliyimizin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha onların diqqətində saxlamış oluruq. çünki bizim müstəqilliyimizin əbədi və dönməz olması Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Bu dönməzliyi qoruyub saxlamaq, həmçinin, Azərbaycanı daha yüksək zirvələrə çatdırmaq isə bizim nəslin və gələcək nəslin missiyasıdır”.
Milli Məclisin üzvü Əsabil Qasımov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 19 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. O, qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir. Millət vəkili müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, o cümlədən, bu inkişafın regionların həyatında da özünü açıq şəkildə göstərdiyni vurğulayıb. YAP İmişli rayon təşkilatının işinin qənaətbəxş olduğunu vurğulayan və bu təşkilatın ölkədə keçirilən bütün siyasi kampaniyalardakı fəaliyyətini yüksək qiymətləndirən Ə.Qasımov rayon təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev YAP İmişli rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. İcra Hakimiyyətinin başçısı bildirib ki, rayonun inkişafı ilə bağlı görülən işlərdə YAP üzvləri xüsusi fəallıq göstərirlər. O, konfransın işinə uğurlar arzulayaraq əmin olduğunu bildirib ki, partiya gələcəkdə də həm ölkəmizin, həm də bütövlükdə regionun ən böyük siyasi təşkilatı statusunu qoruyub saxlayacaq.
Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb və Səfa Ağayev yenidən YAP İmişli rayon təşkilatının sədri seçilib. Həmçinin, rayon təşkilatının İdarə Heyətinin və Şurasının yeni üzvləri də müəyyənləşib. Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

