Zəfərin mübarək, şanlı Ordumuz!
06.12.2023 [13:24]
2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisə oldu. Bu parad öz haqq mübarizəsindən qalib çıxan Azərbaycanın bütün dünyaya qələbəsinin nümayişi idi.
Azərbaycan Ordusunun tarixinə nəzər saldıqda görürük ki, Şərqin ilk demokratik hökuməti olan Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə ordu quruculuğuna da başlayıb.1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. Sovet Rusiyası tərəfindən 1920-ci ildə AXC-nin süqutu və Azərbaycanın işğalından sonra bolşevik hökuməti ilk Milli Ordunu ləğv etdi. Nəhayət 70 illik əsarətdən sonra 1991-ci ilin 18 oktyabrında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 1993-cü ilin iyunun 15-də ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə müstəqilliyin bərpa edildiyi illərdə ölkədə yaranan siyasi və hərbi böhran vəziyyətinə son qoyuldu. Ölkəmizdə ordu quruculuğu sahəsindəki dirçəliş də tarixə ümummilli lider Heydər Əliyevin adı ilə yazıldı. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması daha sonra yaradılacaq hərbi məktəblər və hərb sahəsi üçün ilkin addım oldu.
Bu gün Cənubi Qafqazın ən güclü Ordusu olan Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində mütəmadi olaraq ən müasir silah və texnikalarla təhciz edilib. Yüzlərlə zirehli texnika, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, bir çox hərbi gəmilər, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları hərbi gücümüzün inkişafının göstəricisidir.
30 il ərzində işğal altında olan torpaqlarımızın azad edilməsi üçün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli işlər görüldü. Həm beynəlxalq arenada, həm ikitərəfli formatda əlaqələrimizi gücləndirmək, həm də Ordumuzu müasir standartlara uyğun formada təşkil etmək əsas məqsədlərimizdən oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi. Nəhayət, bütün bunlar öz nəticəsini hərb tariximizin şərəfli səhifələrinə çevrilən Vətən müharibəsində göstərdi. 44 günlük müharibənin hər günü şanlı tarix oldu. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Ordu sıralarımızda nəinki əsgərlər, eyni zamanda həkimlər, tibb işçiləri də gözünü qırpmadan od-alovun içinə girərək döyüşçülərlə birlikdə vəzifələrini yerinə yetirdilər.
Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu.
Biz artıq Birinci və İkinci Qarabağ müharibələrindəki şəhidlərimizin qisasını aldıq və mübarizəmizi döyüş meydanında qələbə ilə tamamladıq. Bu müharibə haqqın nahaq üzərindəki qələbəsi, xeyirin şəri məğlub etməsi idi. Artıq üç ildir ki, Azərbaycan xalqı möhtəşəm Zəfər Paradının xoş və qürurverici təəssüratını yaşayır. Xalqımız qalib xalq olaraq müzəffər Ali Baş komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada öz sözünü deyir və deyəcəkdir. Zəfərin mübarək, şanlı Ordumuz!
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58

