Azərbaycanın dövlət müstəqilliyinin qurucusu
11.12.2023 [13:30]
İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin simvolu kimi qalıb və qalacaq. Ümummilli Lider Azərbaycanı vətəndaş müharibəsindən, bir dövlət olaraq varlığını itirmək təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır.
Ölkəmizin həyatında dönüş nöqtəsi olan bu məqamı da xüsusi qeyd etməliyik ki, gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Ümummilli Lider Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdir. Ulu Öndər ziyalıların müraciətinə cavabında bildirmişdir ki, Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.
Beləliklə, təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyası Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində ölkənin avanqard siyasi qüvvəsinə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının adı Ümumilli Liderin adı ilə bağlıdır. Partiyanın yaradılmasından 7 ay sonra Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla həm ölkəmizin, həm də YAP-ın həyatında yeni mərhələ başladı.
Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Prezident seçildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır.
Bu gün harada yaaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müasir müstəqil, qalib Azərbaycanla qürur duyur. Ölkəmizə hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu uğurlar Ümummilli Lider Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin və bu xəttin son 20 ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ümummilli Liderin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi ilə dövlətçiliyin əsasları yaradıldı və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq, gələcək inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalq- iqtidar birliyi ölkənin uğurlarının əsasıdır. 1993-2003-cü illər dirçəliş, inkişaf dövrü kimi tarixə yazıldı.
2003-cü ildən başlanan yol Böyük Yolun davamıdır. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. Bu gün dünya müasir müstəqil Azərbaycanın tarixi Zəfərinin reallıqlarını yaşayır. Son üç ildə ölkəmizin qazandığı uğurlar göz önündədir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi malik olduğumuz imkanları bir daha dünyaya təqdim etdi. Dövlət başçısı İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalandırdı. Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə hərbi parad keçirildi. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider ərazi bütövlüyümüzün təmin edilməsini əsas hədəf kimi qarşıya qoymuşdur. Onun diplomatik uğurlarımızın təmin edilməsi istiqamətində atdığı addımlar, ordu quruculuğu sahəsində gördüyü işlər 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü reallıqların əsasını qoydu. Bugünümüzün reallıqları gələcəyə daha böyük inamla addımlamağı şərtləndirir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

