Yeni hədəflərin təqdimatı
18.12.2023 [17:04]
Samir Qocayev, YAP Goranboy rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Xalqımız bu mühüm addımı böyük rəğbət hissi ilə qarşılayır. Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və yekdilliklə təsdiqlənməsi xalqımızın, sevinc, qürur hissini daha da artırdı. Bu, yalnız Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı deyil. Xalqımızın inamını, etimadını, gələcəyə qalib Prezidenti ilə birgə addımlamaq istəyini özündə birləşdirəm addımdır. 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri arxada qalan dövrün reallıqlarının təhlili əsasında qarşıdakı illərin yeni hədəflərinin təqdimatı olacaq. Xalqımızın seçimi artıq məlumdur - Qalib ölkənin qalib Prezidentinin ətrafında daha sıx birləşərək Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha yüksək zirvələrdə görmək istəyir. Cənab İlham Əliyev son 20 ildə qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail oldu.
Bu gün Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu da ondan irəli gəlir ki, dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir: Əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”
Cənab İlham Əliyev bu kimi çağırışları ilə Azərbaycanı daha yüksək zirvələrə doğru apardı. Tariximizə yazılan Zəfər səhifəsi keçilən yolun uğurlarının təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə torpaqlarımız üzərində dövlət suverenliyimiz bərqərar edildi. Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı böyük xalqdır və biz Qarabağı unutmamışıq. Azərbaycanın əldə etdiyi parlaq Qələbə ilə regionda erməni faşizminə son qoyuldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır. Dövlət başçısı bu Qələbə ilə Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada Azərbaycan Bayrağı dalğalanır. Hazırda bu məkanlarda seçki hazırlıqları görülür. Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq. Ümumilikdə azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır. Göründüyü kimi, tarixi sahibinə qovuşan torpaqlarımız da seçki ab-havasını yaşayır. Bu səbəbdən 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri kimi dəyərləndirilir. Xalqımız müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək bu seçkilərdə fəal iştirakı ilə Azərbaycanın davamlı inkişafına dəstək olacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54

