Azərbaycan tarixində unudulmaz hadisə
28.12.2023 [13:50]
Dekabrın 21-i ölkəmiz üçün növbəti bir tarixi gün oldu. Belə ki, Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. İlk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi. Bu unudulmaz hadisə bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Futbol matçının Xankəndidə keçirilməsi çox böyük məna kəsb edir. Çünki Xankəndi qədim Azərbaycan diyarıdır.
Xankəndi stadionunda çıxış edən Prezident cənab İlham Əliyev tarixi həqiqətləri səsləndirərək bildirdi ki,Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur. Məhz bundan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Son 30 il ərzində isə Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Ölkə başçısı qeyd etdi ki, torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.
Prezident cənab İlham Əliyev Qarabağın azad olunmasın böyük tarixi hadisə və əbədi qürur mənbəyi olduğunu vurğulayaraq Azərbaycan xalqının, dünya azərbaycanlıların bu Zəfər ilə əbədi fəxr edəcəklərini bildirdi.
Hazırda Qarabağda - Xankəndi şəhərində, Xocalıda, ümumiyyətlə işğaldan azad edilmiş digər ərazilərdə geniş abadlıq-quruculuq işləri aparılır. Xankəndi stadionu da cəmi iki ay ərzində yenidən inşa edilmiş, separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atılmışdır. Bu mövzuda fikir bildirərkən Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, bir neçə aydan sonra Ağdam şəhərində də “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.
Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunda çıxışı zamanı Azərbaycan xalqının qalib xalq olduğunu vurğulayan Prezident cənab İlham Əliyev “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşmasının böyük rəmzi məna daşıdığını bildirdi. Ölkə başçısı qeyd etdi ki, “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Azərbaycanın Zəfərinin mənbəyi Qarabağ–Ordu-Xalq birliyidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

