Dünyada qibtə ilə izlənən Türkiyə-Azərbaycan qardaşlığı
22.02.2024 [11:08]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də birlik olan Azərbaycan və Türkiyə qardaşlığının, əməkdaşlığının bu günkü mərhələsi dünyaya nümunədir. Qalib Lider İlham Əliyevin preziden seçkilərindən sonra ilk rəsmi səfərininin qardaş Türkiyəyə etməsi Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafının daha bir təsdiqi oldu. İki qardaş ölkənin həmrəyliyi, beynəlxalq aləmdə sülhün, əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir.
44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi gücümüzə güc qatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bəyan etdi. Bu isə təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
Qarabağın tacı Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşməsi bu günkü fəaliyyət üçün yol xəritəsi oldu. İki dost ölkə arasında gündən-günə möhkəmlənən münasibətlər, birgə həyata keçirilən layihələr, həmrəyliyimiz, qardaşlığımız hər zaman örnək göstərildi.
Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatla çıxışları Azərbaycan və Türkiyə dövlətləri arasındakı əlaqələrin bütün sahələr üzrə daha yüksək səviyyəyə çatdığını təsdiq edir.
“Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik.” Bu fikirləri söyləyən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.
“Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi sevincli, kədərli günlərdə bir-birinin yanında olan Azərbaycan-Türkiyə birliyi hər gün bir daha zəfər çalır. Hər zaman gücümüzə güc qatan Türkiyənin dəstəyi göstərir ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur.
Əsas məqsədlərinin regionda sülhün bərqərar olması olan qardaş ölkələrin prezidentlərinin mətbuata verdikləri bəyanatları bir daha göstərdi ki, dünya neçə-neçə belə Türkiyə-Azərbaycan qardaşlığını təsdiq edən tarixi hadisənin şahidi olacaq. Dünyada qibtə ilə izlənən Türkiyə-Azərbaycan prezidentləri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasət regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

