/ / Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliamın acısı ilk günki kimi ürəkləri sızladır
Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliamın acısı ilk günki kimi ürəkləri sızladır
23.02.2024 [14:23]
1992-ci il fevralın 26-sı dünya Xocalıda bəşər tarixinin ən dəhşətli qırğınlarından birinə oyandı. Tarixdə qara iz buraxan qətliamda erməni faşistləri kişi, qadın və uşaq ayrı-seçkiliyi etmədən qarşılarına çıxan hər kəsi qətlə yetiriblər. Bu soyqırımda 613 azərbaycanlı, o cümlədən 83 uşaq və 106 qadın həyatını itirib.
Xocalıda baş verənlər 1949-cu il Cenevrə Konvensiyalarının, Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasının, Mülki və Siyasi Hüquqlar Konvensiyasının, İşgəncələrə və digər qəddarlığa qarşı Konvensiyanın pozulmasıdır. Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza, uşaq hüquqları bu Konvensiya kimi çoxsaylı sazişlərin ciddi şəkildə pozulmasıdır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Gənclərə milli ruhun, vətənpərvərliyin, torpaq təəssübkeşliyinin təlqin edilməsinin nəticəsidir ki, Qarabağın azad edilməsi Vətən müharibəsi xarakteri aldı. “Bir ölüb, min dirilirik!” deyimi Azərbaycan xalqının nümunəsində bir daha isbat edildi. 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayının 19-da lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycanın müvafiq dövlət orqanlarının uğurlu əməliyyatı ilə saxlanılaraq Bakıya gətirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş separatçılar törətdikləri faciələrə, o cümlədən Xocalı soyqırımına görə layiqli cəzalarına çatacaqlar.
Artıq 4 ildir ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə yad edilir. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi günəş, bükülməz qolumuz, Prezident İlham Əliyevin qüdrətinin, düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür.
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

