Yeni Azərbaycan Partiyası cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvə kimi çıxış edir
05.03.2024 [12:29]
Tarixi faktlara əsaslanaraq deyə bilərik ki, hər bir xalqın siyasi taleyində dönüş nöqtəsi hesab olunan müstəsna hadisələr geniş yer almışdır. Zəngin milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə malik olan, bir əsrdə iki dəfə müstəqillik qazanmış, Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Müstəqil Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Ümumiyyətlə, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində ulu öndər Heydər Əliyevin və müdrik lider İlham Əliyevin milli vətənpərvərlik ruhunda, eləcə də milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin və üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasının qürurunu yaşamışdır.
Ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan xalqının iradəsinə əsaslanır. 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış ağır durum yeni bir təşkilatın - Yeni Azərbaycan Partiyasının yaranma zərurətini meydana gətirdi. Yeni Azərbaycan Partiyası ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi. Partiyanın artan nüfuzu onun seçkilərdəki uğurlu iştirakında, eləcə də ölkənin siyasi kursunun formalaşmasında fəal iştirakında özünü göstərirdi.
Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayında III Qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq İlham Əliyevi partiyanın sədri seçdilər. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.
2003, 2008, 2013, 2018 və 2024-cü ilin fevral aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının qələbəsi idi.
Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında ölkəmizin gələcəyi ilə bağlı təqdim olunmuş konsepsiyalar bu gün uğurla həyata keçirilməkdədir.
Yeni Azərbaycan Partiyasının VII qurultayından keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, kadr siyasətində mövcud olan boşluqların və üzvlük haqlarının yığılmasında müşahidə olunan pərakəndəliyin aradan qaldırılması, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunmuş, bu sahədə problemlərin həlli və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün müvafiq islahatlar həyata keçirilmişdir.
Milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən mühüm işlər görülmüşdür.
Bu gün Yeni Azərbaycan Partiyası ümummilli maraqları reallaşdıran, qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla icra edən, tarixi əhəmiyyətə malik uğurlar qazanan, ölkəmizin dayanıqlı və dinamik inkişafına mühüm töhvələr verən Azərbaycanın aparıcı siyasi qüvvəsi, regionun ən güclü siyasi partiyasıdır.
YAP Xızı rayon təşkilatının sədri: Ayaz Quliyev
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

