Siyasi islahatların nümunəsi
07.03.2024 [15:15]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu demokratik dəyərlərin təşviqini, o cümlədən parlamentarizm ənənələrinin möhkəmlənməsini təmin edib. Xüsusilə də, 2020-ci il fevral ayında keçirilmiş azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar yeni siyasi konfiqurasiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı VI çağırış parlamentin ilk iclasında – 2020-ci il martın 10-da dərin məzmunlu çıxış edərək ölkəmizdə mövcud olan siyasi mühit, siyasi münasibətlərin inkişafı, qanunvericilik işi sahəsində qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini ifadə etdi.
Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı.
Milli Məclis sədrinin qadın seçilməsi, ölkəmizdə qadınların demokratik dəyərlərin təşviqi prosesinə cəlb edilməsi baxımından olduqca önəmli hadisədir. Eyni zamanda müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinin rəhbərliyinə seçilmələri də əlamətdar hadisə kimi qeyd etmək lazımdır. Bu seçkilər fonunda həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri qadın və gənc deputatların sayının artması, onların qanunvericilik işində iştirakına yeni imkanların yaradılmasıdır.
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox əhəmiyyətlidir. Artıq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb. Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində yaranmış vahid mövqe, möhtəşəm Qələbəmizi şərtləndirən amillərdən biri oldu. Bütün bunlar təsdiqləyir ki, ümummilli məsələlərdə vahid mövqedən çıxış etmək cəmiyyətimizin ən üstün cəhətlərindən biridir və bu amil onu davamlı olaraq inkişaf etdirəcək
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10

