Azərbaycan-Qazaxıstan münasibətləri ən yüksək səviyyədə
14.03.2024 [11:34]
Qədim tarixə malik olan Azərbaycan ilə Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədədir. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə sahib olan azərbaycanlılar və qazaxları həmçinin dil və din eyniliyi də birləşdirir.
Prezident İlham Əliyevin son illərdə Qazaxıstana, eyni zamanda, Qazaxıstanın dövlət başçısının Azərbaycana müntəzəm səfərləri iki ölkə arasında münasibətlərin güclənməsinə və iqtisadi əlaqələrin artmasına səbəb olur.
Məlum olduğu kimi martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfərə gəlmiş, səfər çərçivəsində Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirmiş, iki ölkə rəhbərlərinin məhdud tərkibdə görüşü baş tutmuş, sonra dövlət başçıları Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləmiş, Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı bəyanatında Prezident Kasım-Jomart Tokayevlə görüşü zamanı iki ölkə arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi sahəsində görülmüş işlərlə bağlı ətraflı diskussiyalar apardıqlarını, həmçinin gələcək planların geniş müzakirə etdiklərini bildirib. Ölkə başçısı eyni zamanda qeyd edib ki, görüş zamanı təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq.
Prezident İlham Əliyev ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə təşəkkürünü bildirərək, bunun Qazaxıstanın Azərbaycana qardaş köməyi, hədiyyəsi və azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək olduğunu vurğulayıb.
“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdik”- deyən ölkə başçısı həmkarına danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdiyini, Azərbaycanın bu məsələdə maraqlı olduğunu, məhz ölkəmizin sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüs göstərdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev çxışında TransXəzər nəqliyyat marşrutunu meydana, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şəraitin möhkəm bazaya malik olduğunu, həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırıldığını vurğulayaraq qeyd edib ki, Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi.
Prezident İlham Əliyev bəyanatında bu il ölkəmizə keçiriləcək COP29 iqlim konfransına hazırlıq məsələsinə də toxunaraq, bu məsələni də müzakirə etdiklərini , qazaxıstanlı qardaşlarımıza bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif etdiyini bildirib.
Ölkə başçısı Qazaxıstanın beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malik olduğunu, bütün bunların Prezident Tokayevin öz xalqının, dövlətinin rifahı naminə və dostlarının sevincinə səbəb olan islahatları əks etdirdiyini vurğulayıb.
“Biz münasibətlərimizi daha böyük məzmunla zənginləşdirmək üçün səmimi səylər göstəririk”, - söyləyən Prezident İlham Əliyev dövlət səfərlərinin münasibətlərin ən yüksək səviyyədə nümayişi olduğunu diqqətə çatdırıb.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13

