Ərazi partiya təşkilatına yeni sədr seçildi
15.03.2024 [16:15]
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı üzrə Sərkar Uşaq Musiqi Məktəbi (UMM) ərazi partiya təşkilatının iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ ərazi partiya təşkilatında yeni sədrin seçilməsi olub.
Tədbiri giriş sözü ilə açan YAP Samux şəhər təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Yeni Azərbaycan Partiyasının təsisçisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub.
Sərkar UMM ərazi partiya təşkilatının sədr müavini Ruhanə Həsənova çıxış edərək ərazi partiya təşkilatının fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısından danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.
İclasda təşkilati məsələyə baxılıb, Ruhanə Həsənova ərazi partiya təşkilatının sədri, Aynurə Tağıyeva isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda tədbir iştirakçıları yeni seçilən sədr və sədr müavinini təbrik edib, işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

