Ermənistanın mina terrorundan xilas üçün Azərbaycan genişmiqyaslı tədbirlər görür
05.04.2024 [10:47]
30 ilə yaxın ərazilərimizi işğal altında saxlayan təcavüzkar Ermənistan təkcə kənd və şəhərlərimizi, milli-mədəni abidələrimizi, cənnət Qarabağın bənzərsiz təbiətini məhv etməklə kifayətlənməyib. İşğalçı rejim vandalizm aktları ilə yanaşı, bir çox yaşayış məskənlərinə gedən yolları, tarlaları, hətta geniş otlaq ərazilərini də çoxsaylı minalarla daha da təhlükəli vəziyyətə salmışdır. Ermənistanın mina terroru elə bir yüksək səviyyədə olub ki, torpaqlarımız işğaldan azad edilsə də, bu bəladan xilas olmaq üçün hələ çox illər lazım gələcək.
Bəzi hesablamalara görə, dünya miqyasında hər il təxminən on minə yaxın insan mina terrorunun qurbanı olur, şikəst və əlil vəziyyətinə düşürlər. Nə yazıq ki, bu baxımdan, Azərbaycan minadan əziyyət çəkən ölkələr arasında qabaqlardadır. Torpağın öz sahiblərinin bir gün mütləq qayıdacağını düşünən mənfur düşmən heç bir müharibə qayda-qanunlarına sığmayan şəkildə, dinc insanların həyatına son qoymaq üçün ərazilərimizi dünyada bənzərinə rast gəlinməyən sistemlə minalayıblar.
İşğal dövründə bu əraziləri minalayan Ermənistan beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan tərəfinə təqdim etmir. Üstəlik, ötən illərdə erməni hərbi əsirlərin azad edilməsi qarşılığında verilən müəyyən ərazilərin mina xəritələrinin 75 faizi də yanlış çıxıb. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan tərəfi müxtəlif bəhanələrlə minalanmış sahələrin tam xəritəsini təqdim etmək istəmir. Bu halda Qarabağ ərazisinin relyefi və basdırılan minaların çoxluğu nəzərə alınsa, demək olar ki, ümumilikdə minaların təmizlənməsi üçün uzun illər lazımdır. Ona görə ki, təkcə Ağdam şəhərində 97 min mina basdırılıb.
Ermənistanın düşmənçiliyinin qorxunc təzahürüdür ki, müharibənin başa çatmasından üç ildən artıq vaxt keçsə də, gizli təhlükə olan mina terroru davam edir. Bu minalar hazırda torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərini də ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid törədir. Ermənilərin mina terroruna son qoymaq, o cümlədən dinc sakinlərin həyatını xilas etmək üçün mühüm işlər görülsə də, onun miqyası o qədər böyükdür ki, həm sülh müqaviləsi imzalanması prosesini gecikdirir, həm də regionda sosial-iqtisadi inkişafa da mane olur.
2021-ci il iyunun 4-də Kəlbəcərdə çəkiliş zamanı jurnalistlərin minaya düşməsi mina xəritələrinin verilməsini bir daha gündəmə gətirdi. Jurnalistlərin həlak olmasından sonra hadisə dünyanın bəzi ölkələri tərəfindən daha ciddi qiymətləndirildi. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ermənilərin törətdiyi bu cinayətlə bağlı bəyanat da yaymışdı. Eyni zamanda xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan hərbçilərin də sayı az deyil. İşğalçı ölkənin məğlub duruma düşsə də, mina xəritələrini təhvil verməməsi, hətta yenilərini yerləşdirməsi nəticəsində 2023-cü ilin sentyabrında daha bir faciə baş verdi. Həmin mina terrorunun qurbanlarının qisasını almaq niyyəti lokal xarakterli antiterror əməliyyatlarını labüdləşdirdi. Nəticədə Azərbaycan öz ərazilərində suveren hüquqlarını tam bərqərar etdi. Lakin Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərimizdə bizi daha hansı mina təhlükələri gözlədiyinə əmin deyilik. Hər gün o ərazilərdə yeni-yeni döyüş texnikası və silahların tapılması buna sübutdur.
Əslində, bu problemə aidiyyəti beynəlxalq təşkilatlar və ölkələr dəstək olub, yardım göstərməlidirlər. Amma bəzi Qərb dövlətləri Azərbaycanı ittiham edərək, ermənilərə dəstək verirlər. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar bu məsələni qlobal səviyyədə həll etmək əvəzinə, Azərbaycanı mina terroru ilə üz-üzə qoyublar. İşin böyük bir qismini öz daxili resursları hesabına həll edən ölkəmiz humanitar minatəmizləməni öz prioritetlərindən birinə çevirib. Yeri gəlmişkən, təkcə cari mart ayında Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən əməliyyatlar nəticəsində 114 tankəleyhinə mina, 299 piyadaəleyhinə mina, 1254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Eyni zamanda 6094.6 hektar ərazi minalardan təmizlənib.
Bu gün Azərbaycanın apardığı minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Hələ ötən ilin may ayında Ağdamda və Bakıda minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə vermək məqsədilə “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfrans keçirilib. Bu qəbildən olan konfransları Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün önəmli tədbirlər hesab etmək olar.
Beləliklə, Ermənistanın mina terrorundan xilas olmaq üçün Azərbaycan ciddi və genişmiqyaslı işlər aparsa da, beynəlxalq hüquqda cinayət hesab edilən bu bəladan xalqımız və dövlətimiz hələ də əziyyət çəkir. Bütün çətinliklərə rəğmən Azərbaycan tərəfi minatəmizləmə üzrə ciddi tədbirlərə təkan versə də, cinayətkarın ifşası üçün beynəlxalq istiqamətdə də işlər görülməlidir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

