Masallıda şəhid ailələri ilə növbəti görüş keçirilib
06.04.2024 [12:51]
Dünən, 4 aprel 2024-cü il tarixdə rayonun Qəriblər kəndində yerləşən «Viləş Oteldə» Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərinin iştirakı ilə şəhid ailələrini qəbul etmişdir.
Görüş-qəbulu rayon rəhbəri ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açmış və görüşdə iştirak edən şəhid ailələrini salamlayaraq bildirmişdir ki, ölkəmizdə şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Rayon İcra Hakimiyyətinin başçısı bütün ölkədə olduğu kimi rayonumuzda da şəhid ailələrinin daim diqqətdə olduğunu bildirərək ötən görüşlərdə şəhid ailələrinin qaldırdıqları məsələlərin həlli ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat üçün sözü Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevə verdi.
Q.Hadıyev tədbir iştirakçılarını salamlamış və rayon rəhbəri ilə ötən görüşlərdə şəhid ailələri tərəfindən edilmiş müraciətlər, onların həlli istiqamətində görülmüş işlər və hal-hazırda bir çox məsələlərlə bağlı həyata keçirilən lahiyələr barədə geniş məruzə etmişdir.
Sonra rayon rəhbəri bir daha şəhid ailələrinə onları narahat edən məsələlərlə bağlı təklif müraciətlərini səsləndirməyi xahiş etmişdir.
Şəhid ailələrindən Sədaqət Məmmədova, Hafiz Qurbanov, Turac Quliyev, Arif Əliyev, Əfrail Əzizov və başqaları çıxış edərək onları narahat edən məsələlrlə bağlı müraciətlərini bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ötün görüşlərdə olduği kimi səslənən bütün müraciətlərin qeydə alındığını, həssas sinfə aid olan şəhid ailələrini narahat edən hər bir məsələnin həlli istiqamətində mümkün olan bütün addmların atılacağını, onların müraciətləri ilə bağlı dərhal və operativ şəkildə işlərin aparılacağını bildirmişdir.
Görüşdə iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmamasında maraqlı olan xarici qüvvələrin yenidən aktivləşdiyini bildirərək əsasən bir çox xarici ölkələrdən maliyyələşən və ölkəmizin şanlı qələbəsinə kölgə salamağa çalışanların olduğunu bildirmiş, xüsusəndə ölkəmizin ərazi bütövlüyü və qələbəsində payı olan qəhrəman şəhidlərimizin, igid oğullarımızın sücayəti ilə azad olunmuş ərazilərimizin süverenliyinin cənab Prezident ətrafında sıx birləşərək birlikdə qorumağımızın vacibliyini vurğulamışdır.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək ölkə başçısının şəhid ailələrinə diqqət və qayğısından bəhs etmiş, belə görüşlərin mütəmadi keçirildiyini bildirərək istənilən zaman şəhid ailələrini narahat edən bütün məsələlərlə bağlı daim onları dinləməyə hazır olduğunu bildirmişdir.
Əlihüseyn ŞÜKÜROV, Masallıda çıxan "Yeni həyat" ictimai-siyasi qəzetin və eni adlı saytın Baş redaktoru.
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07

