Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı təsis edilib
18.07.2026 [10:31]
Çinin Şanxay şəhərində Dünya Süni İntellekt Konfransı (WAIC) və Süni İntellektin Qlobal İdarəçiliyinə dair Yüksək Səviyyəli Görüş başlayıb.
AZƏRTAC xəbər verir ki, bir neçə ölkədən dövlət və hökumət başçılarının iştirak etdikləri tədbirin açılışında çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatının yaradıldığını elan edib.
Təşkilatın yaradılması barədə sazişi 29 ölkənin nümayəndəsi imzalayıb. Sazişə əsasən, Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl edən və geniş məsləhətləşmələr, birgə töhfələr və ortaq faydalar vizyonunu dəstəkləyən müstəqil hökumətlərarası beynəlxalq təşkilatdır.
Qurum süni intellektdə (AI) beynəlxalq əməkdaşlığı və qlobal idarəetməni təşviq etməyi, süni intellektin faydalı, təhlükəsiz və ədalətli şəkildə inkişaf etməsini təmin etməyi və bəşəriyyətin rifahına töhfə verməyi hədəfləyir. Onun qərargahı Çinin Şanxay şəhərində yerləşəcək.
İmzalanma mərasimində BMT-nin Baş katibi Antonio Quterreş və digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
Süni intellekt sahəsində yarış artıq təkcə daha ağıllı çatbot hazırlamaq uğrunda getmir. Əsas mübarizə bundan sonra bu texnologiyanın gələcəyini kimin formalaşdıracağı və qlobal qaydaları kimin müəyyənləşdirəcəyi uğrunda aparılacaq.
Bu baxımdan son günlərin ən diqqətçəkən hadisələrindən biri Şanxaydan verilən mesaj oldu. İlk baxışda bu, adi texnologiya konfransı təsiri bağışlasa da, səsləndirilən təşəbbüslər süni intellekt sahəsində qüvvələr balansını dəyişə biləcək iddialardan xəbər verir.
İyulun 17-də Şanxayda işə başlayan Dünya Süni İntellekt Konfransında (WAIC) Çin Xalq Respublikasının Sədri Si Cinpin süni intellektin qlobal idarəçiliyinə dair rəsmi Pekinin baxışını açıqlayıb. O bildirib ki, süni intellekt heç bir ölkənin inhisarında olmamalı, onun inkişafı beynəlxalq əməkdaşlıq, açıq mənbəli texnologiyalar və hamı üçün bərabər imkanlar prinsiplərinə əsaslanmalıdır.
Konfrans ərəfəsində yaradılmış Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının məqsədi süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, qlobal idarəetmə mexanizmlərinin formalaşdırılmasına töhfə vermək və inkişaf etməkdə olan ölkələrin bu texnologiyalara çıxışını asanlaşdırmaqdır.
Si Cinpin çıxışında Çin tərəfindən növbəti beş il ərzində inkişaf etməkdə olan ölkələr üçün minlərlə AI təlim proqramının təşkil ediləcəyini, müxtəlif regionlarla əməkdaşlıq mərkəzlərinin yaradılacağını və açıq mənbəli süni intellekt modellərinin inkişafının dəstəklənəcəyini də açıqlayıb.
Bəs bu, adi insanlar üçün nə deməkdir?
Sadə dillə desək, Çin istəyir ki, gələcəkdə süni intellektdən istifadə edən ölkələr, şirkətlər və proqramçılar yalnız ABŞ texnologiyalarına deyil, Çin tərəfindən yaradılan platforma, modellər və standartlara da üstünlük versinlər.
Başqa sözlə, necə ki, bu gün internetdə Apple və Android ekosistemləri arasında rəqabət mövcuddur, yaxın illərdə süni intellekt sahəsində də ABŞ və Çin mərkəzli iki böyük texnologiya ekosisteminin formalaşması mümkündür.
Çin bununla yanaşı, yüksək məhsuldarlıqlı AI çipləri, məlumat mərkəzləri və açıq mənbəli modellər hesabına xarici texnologiyalardan asılılığı azaltmağa çalışır. Şanxay konfransında Huawei ABŞ texnologiyalarından asılı olmayan yeni Atlas 950 SuperPoD süni intellekt hesablama sistemini də nümayiş etdirib.
Bir çox analitik hesab edir ki, Şanxayda verilən mesaj təkcə yeni texnologiyaların təqdimatı deyil. Bu, süni intellekt sahəsində qlobal liderlik, beynəlxalq standartlar və rəqəmsal iqtisadiyyat uğrunda uzunmüddətli geosiyasi rəqabətin yeni mərhələsinin başladığını göstərən ən mühüm siqnallardan biridir.
İndi əsas sual budur: gələcəyin süni intellekt qaydalarını kim müəyyənləşdirəcək?
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

