Yeni nəsil rəqəmsal imza hər kəs üçün əlçatan olacaq
11.02.2022 [23:21]
Nicat DİLQƏMLİ
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC yeni nəsil rəqəmsal imzanın təqdimatını keçirib. SİMA adlı rəqəmsal imza dövlət-özəl tərəfdaşlığı çərçivəsində - “Svort Technologies” və “Sinam” MMC-lərlə birgə hazırlanıb.
Tədbirdə çıxış edən nazirin müşaviri Rəşad Bayramov deyib ki, yeni nəsil rəqəmsal imza ölkədə rəqəmsal transformasiya ilə bağlı görülən işlərin tərkib hissəsidir. SİMA vasitəsilə elektron hökumət xidmətləri, həmçinin banklar, bank olmayan kredit təşkilatları (BOKT), sığorta şirkətləri, mobil operatorlar, elektronika və məişət mağazaları, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.
“Yeni məhsul Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək, onlayn xidmətlərdən istifadəni təşviq edəcək”, - deyə o, qeyd edib.
“AzInTelecom”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov isə deyib ki, SİMA yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək və hər kəs üçün əlçatan olacaq. Onun sözlərinə görə, mobil tətbiq vasitəsilə işləyən yeni nəsil rəqəmsal imzanı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
“AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev isə bildirib ki, üztanıma, “açıq açar” və bulud texnologiyalarını birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.
Tədbirdə bildirilib ki, SİMA xərclərinin azaldılması, vaxt itkisinin qarşısının alınmas, istənilən sistemə inteqrasiya oluna bilməsi, istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırması kimi üstünlüklərə malikdir. Daha sonra onun əldə edilmə proseduru nümayiş etdirilib.
Mövzunun əhəmiyyəti ilə bağlı “Yeni Azərbaycan”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, belə bir imzanın yaradılmasına ciddi ehtiyac var idi: “Elektron imzadan fərqli olaraq yeni nəsil rəqəmsal imzanın mobil nömrəyə, avadanlığa, mühitə, zamana bağlılığı yoxdur. Əvvəl imza almaq üçün harayasa getməli, müqavilə, sertifikat almalı və digər bəzi prosedurları həyata keçirməli olurdun. Yəni oflayn təmas tələb edirdi, yeni yaradılan imza isə ancaq smartfon və internet. Heç bir yerə getməyə, hansısa sənədlər toplamağa ehtiyac yoxdur - biometrik funksiyalardan və internet texnologiyalarından istifadə edərək vətəndaşın şəxsiyyətini müəyyən edərək imzasını təsdiqləyəcək. Düşünürəm ki, hamının daha rahat, daha çevik, effektiv tətbiqlər, alətlər tələb etdiyi bir zamanda Azərbaycan bazarında belə bir imzanın yaradılmasına ciddi ehtiyac var idi”.
İT mütəxəssisi bildirib ki, bundan əvvəl bazarda inhisarçılıq var idi: “Bazarda hökmran mövqe Asan imzada idi (hansı ki, bu imzanın ASAN Xidmətə dəxli yoxdur). Bazarın daha çox faizi onun əlində olduğuna görə problemlər olurdu. Amma indi SİMA dövlət və özəl sektorlarda tətbiqə başlasa, rəqabətli, şəffaf bir mühit olacaq”.
“Vətəndaşlar bu tətbiqdən istifadə edərək dövlət xidmətlərini, özəl xidmətləri daha tez əldə edə biləcəklər, özlərini rəqəmsal mühitdə daha tez təsdiq edə biləcəklər. Bu da yekund? rəqəmsal transformasiya prosesinin sürətlənməsinə kömək edəcək”, - deyə O.Gündüz fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

