50 ildən sonra ikinci dəfə...
02.03.2022 [10:08]
Azərbaycan dünya kosmonavtlarını qarşılamağa hazırlaşır
M.ABDULLAYEV
Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bununla bağlı qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə verilib. Beynəlxalq miqyaslı tədbirin gələn il oktyabrın 2-6-da Bakıda keçirilməsi nəzərdə tutulur. Artıq Azərbaycan dünya kosmonavtlarını qəbul etməyə hazırlaşır. Belə ki, Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, Təşkilat Komitəsinə Astronavtika Konqresinin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Niyə məhz Azərbaycan?
68 ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Beynəlxalq Astronavtika Konqresi də öz növbəsində, istər iştirakçıların say baxımına, istərsə də burada müzakirə olunan məsələlərin vacibliyinə görə dünya miqyasında ən mötəbər tədbirlərdən biri sayılır. Tədbir çərçivəsində paytaxtımıza dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərlərindən, nümayəndələrindən ibarət təxminən 6-7 min xarici qonağın gələcəyi gözlənilir. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Delhi də olub. Kəskin rəqabət şəraitində keçən seçkilərdə paytaxtımız qalib gəlib.
Bəs Vaşinqtonda keçirilən seçkilərdə nə üçün Azərbaycana üstünlük verilib? Sualın cavabı olaraq bildirək ki, bu heç də təsadüfi deyil. Dünya kosmos ictimaiyyətinin belə bir qərar verməsi, ilk növbədə, Azərbaycanın son 18 ildə innovativ əsaslı sənaye quruculuğuna, o cümlədən də kosmik sənayenin inkişafına verdiyi önəmlə bağlıdır. Hazırda Azərbaycan Cənubi Qafqazda peyk operatoru olan yeganə ölkədir. Artıq bir neçə ildir ki, respublikamıza məxsus “Azerspace-1, “Azersky” və “Azerspace-2” peyklərinin istismarı uğurla həyata keçirilir. Bu peyklər vasitəsilə xarici ölkələrə və transmilli şirkətlərə satılan kosmos xidmətləri ölkəmizə valyuta qazandırır. Qürurverici haldır ki, hazırda “Azərkosmos”un ixrac portfelində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təmsil olunurlar. Dünya kosmik ailəsinin tərkibində belə uğurlu fəaliyyət öz nəticəsini verib. Sərəncamda da vurğulandığı kimi, uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Böyük rəmzi məna daşıyan tədbir
Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfə ev sahibliyi edəcək. Dövlət başçısının imzaladığı Sərəncamda da bildirildiyi kimi, bu, ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə - 1973-cü ildə baş vermişdi. O vaxt Ulu Öndər Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdi ki, Sovet İttifaqında bu konqres məhz Bakıda keçirilsin. Bu baxımdan, 2023-ci ildə - təxminən, yarım əsrdən sonra müstəqil Azərbaycanda bu konqresin yenidən keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan keçmiş ittifaqın tərkibində idi, müstəqil dövlət deyildi. İndi isə Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini müstəqil dövlətin paytaxtı kimi edəcək. Bunun böyük rəmzi mənası var. Sərəncamda xüsusi olaraq vurğulanıb ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

