Paris meri uğrunda namizədliyini irəli sürən mədəniyyət naziri Rəşidə Datinin hökumətdə qalması məsələsi gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Sebastyən Lökornü Datidən gələn həftənin sonunadək istefa ərizəsini təqdim etməsini istəyib.
Bu tələb Datinin paytaxtda keçiriləcək bələdiyyə seçkilərində namizəd olması fonunda irəli sürülüb. BFMTV-nin yaydığı məlumata əsasən, məsələ bu həftə hökumət başçısı ilə mədəniyyət naziri arasında keçirilən görüş zamanı qaldırılıb.
Qərar icra hakimiyyəti daxilində səlahiyyətlərin və öhdəliklərin dəqiqləşdirilməsi kontekstində qəbul olunub.
Hazırda mədəniyyət nazirindən rəsmi reaksiya verilməyib. Eyni zamanda, Datinin mümkün gedişinin şərtləri və dəqiq təqvimi ilə bağlı formal açıqlama da hələlik səsləndirilməyib.