Ukrayna Xarici Kəşfiyyat İdarəsi: "Rusiya ilə müharibədə dönüş nöqtəsi yaranır”

Ukrayna Xarici Kəşfiyyat İdarəsi: "Rusiya ilə müharibədə dönüş nöqtəsi yaranır”

“Bu gün Rusiya ilə müharibədə dönüş nöqtəsi yaranır”.

Bunu Ukrayna Xarici Kəşfiyyat İdarəsinin rəhbəri, general Mikola Malomuj deyib.

“Diplomatik cəbhədəki uğurumuz sülhlə nəticələnə bilər. Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını daha 7-10 gün davam etdirsə, bu, Putini danışıqlara məcbur edəcək güclü təzyiqə çevriləcək", - general bildirib.

O həmçinin müharibənin qarşıdakı bir ay ərzində bitəcəyini proqnozlaşdırıb.