Azərbaycan Gimnastika Federasiyasının Ümumi Yığıncağı keçirilib

Azərbaycan Gimnastika Federasiyasının  Ümumi Yığıncağı keçirilib

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci Ümumi Yığıncağı keçirilib. “Yeni Azərbaycan” xəbər verir ki, hesabat xarakteri daşıyan tədbirdə AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.
İclasda federasiyanın Baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın Tokio-2020 Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı dinlənilib.  
Daha sonra AGF-nin ötən il üzrə maliyyə hesabatı təqdim edilib. 

Hesabatların təsdiqindən sonra, federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb.