Azərbaycanla Özbəkistan geoloji kəşfiyyat işlərinin aparılması ilə bağlı saziş imzaladı

Azərbaycanla Özbəkistan geoloji kəşfiyyat işlərinin aparılması ilə bağlı saziş imzaladı

Azərbaycanla Özbəkistan arasında investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması layihəsinin həyata keçirilməsi ilə bağlı saziş imzalanıb.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsində paylaşım edib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində təşkil olunan Özbəkistan-Azərbaycan Biznes Forumu zamanı “Uzbekneftegaz" ilə "Özbəkistan Respublikasının investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması layihəsinin həyata keçirilməsinin əsas prinsipləri haqqında Saziş" imzaladıq", - o qeyd edib.