Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən bu ilin yanvar-iyul ayları ərzində uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib.
Dövlət Xidmətindən Yeniazerbaycan.com-a bildirilib ki, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya bu xidmətləri təklif edən qurumların akkreditasiya tələblərinə cavab verməsinin şəffaf və qərəzsiz qiymətləndirilməsidir və texniki səriştəliliyi təsdiq edir.