Cari ildə dövlət büdcəsinin profisiti 2,8 milyard manatı ötüb

Cari ildə dövlət büdcəsinin profisiti 2,8 milyard manatı ötüb

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 25 milyard 223,4 milyon manat, xərcləri 22 milyard 362,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Yeniazerbaycan.com-a bildirilib ki, büdcənin icrasında 2861,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,5 faizi qədər profisit yaranıb.