Nazir müavini: Azərbaycanda “Kibertəhlükəsizlik üzrə Milli Strategiya” hazırlanır

Nazir müavini: Azərbaycanda “Kibertəhlükəsizlik üzrə Milli Strategiya” hazırlanır

Azərbaycanda “Kibertəhlükəsizlik üzrə Milli Strategiya” hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O qeyd edib ki, kibertəhlükəsizlik sahəsində ölkəmizdə görülən işlərə ciddi diqqət yetirilir: “Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Qlobal Kibertəhlükəsizlik indeksində 193 ölkə arasında 48-ci mövqedədir. Bu da onu göstərir ki, ölkəmizdə həyata keçirilən informasiya-kommunikasiya texnologiyalarının inkişafı, yəni, informasiya cəmiyyətinin quruculuğu prosesində kibertəhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirilir. Ölkəmizin hazırlığı ən müasir tələblərə uyğun səviyyədədir. Bunun daha da inkişaf etdirilməsi, gücləndirilməsi üçün addımlar atılır”.