"Azərbaycan iqtisadiyyatı mühüm inkişaf mərhələsinə qədəm qoyub".
Yeni Azərbaycan tv xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Gülüstan" sarayında "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq texminen 26%, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5% artıb.
Leyla Səməndər