Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Martın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Fatoş Hande Harmancı ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.