“X Beynəlxalq Bankçılıq Forumu 2026”da bir sıra sənədlər imzalanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Tacikistan Banklar Assosiasiyası (TAB) arasında anlaşma memorandumu imzalanıb.
Sənədi ABA-nın prezidenti Zakir Nuriyev və TAB tərəfdən Junaidullo Şarafov imzalayıblar.
Eyni zamanda, ABA ilə Mərkəzi Asiya Fintex Assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb. Memorandumu ABA tərəfdən Yunus Abdulov və Mərkəzi Asiya Fintex Assosiasiyaları tərəfdən Otobek Nasırov imzalayıblar.