ABŞ və İsrail İranın hücum xəbərlərindən sonra silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə salıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "New York Times" mənbələrə istinadən yazır.
Onların sözlərinə görə, bölgədəki ABŞ hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Həmçinin, iki İran rəsmisinin sözlərinə görə, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Xatırladaq ki, "CBS News" İranın Suriyadakı konsulluğun bombalanmasına cavab olaraq qarşıdakı günlərdə İsrailə kütləvi hücum planlaşdırdığını bildirib.
Havar Şəfiyeva