Amerikalı yazıçı, jurnalist Tomas Qolts vəfat edib

Amerikalı yazıçı, jurnalist Tomas Qolts vəfat edib

Tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qolts vəfat edib.

O, bu gün 68 yaşında dünyasını dəyişib.

Tomas Qolts 1954-cü il oktyabrın 11-də Yaponiyada anadan olub. 1985-ci ildə Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirib. O, uzun müddət Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub.

Tanınmış yazıçı, jurnaslist dəfələrlə Azərbaycana səfər edib. Onun Xocalı faciəsindən bəhs olunan “Azərbaycan Gündəliyi” kitabı da var.

2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb.