Avstraliyada naməlum şəxs bıçaqla insanlara hücum edib

Avstraliyada naməlum şəxs bıçaqla insanlara hücum edib

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 5 nəfər ölüb.

Hadisə zamanı daha 9 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var. 

Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. 

Polisin məlumatına görə, adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.