Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Hadisə Həsən bəy Zərdabi küçəsi 80 ünvanında yerləşən binanın üçüncü mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və 4 yanğınsöndürən texnikası cəlb olunub.
Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.