Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş "parlament sədri" David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

APA xəbər verir ki, həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Onu da qeyd edək ki, 44 günlük müharibədən əvvəl Qukasyan “Bakı bizim ordumuz barədə yaxşı təsəvvürə malikdir və müharibə olacağı təqdirdə Azərbaycan yeni ərazilər itirəcək” – deyə iddia etmişdi.