Bərdədə zəncirvari yol qəzası baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Bərdə-Ağdam avtomobil yolunda, Bərdənin Qarağacı kəndində qeydə alınıb. "Mercedes Benz" markalı TIR-la "BMW" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "BMW" markalı avtomobildə olan 2 nəfər xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.