Brüsseldə Türkiyə və Suriyaya yardım məqsədilə donor konfransı keçiriləcək

Brüsseldə Türkiyə və Suriyaya yardım məqsədilə donor konfransı keçiriləcək

Avropa İttifaqı Şurasının sədri kimi İsveç martın 16-da Avropa Komissiyası ilə birlikdə Brüsseldə donor konfransı təşkil etmək niyyətindədir. Konfransın məqsədi Türkiyə və Suriyada baş vermiş zəlzələdən zərər çəkənlərə yardım etməkdir.

Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström bildirib.

"Məqsədimiz Türkiyə və Suriyaya əlavə dəstək vermək və bu zəlzələnin dəhşətli fəsadlarını yumşaltmaq üçün əlimizdən gələn yardımı göstərməkdir", - o deyib.