Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin icrası Səyyad Salahlıya həvalə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin icrası Səyyad Salahlıya həvalə edilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.