“Sentyabrın 1-nə təyin edilmiş seçkilərin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra keçirilən ilk növbədənkənar parlament seçkiləri olduğunu nəzərə alsaq, bu hadisənin həm Azərbaycan Respublikası, həm də region üçün çox mühüm əhəmiyyət kəsb etdiyini anlamaq çətin deyil”. Bu barədə “Seçki 2024”Müstəqil Media Mərkəzinə açıqlamasında rusiyalı politoloq və jurnalist Dmitri Babiç bildirib.
“Bu seçkilər göstərir ki, Azərbaycan etibarlı əllərdədir, özünəməxsus fəal və güclü bir siyasət yürüdür”, - deyə o bildirib.
Politoloq deyib ki, Azərbaycana güclü parlament lazımdır: “Bu parlamentin ölkə qanunvericiliyinin təkmilləşdirilməsinə töhfə verəcəyinə inanıram”.
Parlament seçkilərinin Şuşa və Xankəndi də keçiriləcəyini xatırladan Dmitri Babiç deyib: “Bu, çox vacibdir və çox yaxşıdır ki, beynəlxalq ictimaiyyət vətəndaşların işğaldan azad edilmiş ərazilərdə səsverməsini tanıyır, çünki onların başqa çıxış yolu yoxdur”.