Ələt-Astara yolunda qəza olub, ölən və yaralı var

Ələt-Astara yolunda qəza olub, ölən və yaralı var

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində minik və yük avtomobilləri toqquşublar. 

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.