Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb

Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb

Ermənistanda “UAZ” markalı hərbi avtomobil qəzaya uğrayıb.

Bu barədə yerli  KIV-ə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, avtomobil yoldan çıxıb və aşıb. Nəticədə 2 hərbçi yaralanıb. Onlar hərbi hospitala yerləşdiriliblər.

Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Faktla bağlı cinayət işi açılıb.