Ermənistanda mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər xəsarət alıb.
news.am”-ın verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 12.00-da Tavuş vilayətində İcevan-Göyçə-İrəvan yolunda “QAZel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik avtomobili toqquşub.
Toqquşmadan sonra “QAZel” aşıb və yol qismən bağlanıb.
Qəza nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib.